Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Yeni "METAK" istiqrazlarının yerləşdirilməsi mayda olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni "METAK" istiqrazlarının yerləşdirilməsi mayda olacaq

“METAK” şirkətinin növbəti istiqraz buraxılışı üzrə yerləşdirmənin May ayının ilk ongünlüyündə həyata keçiriləcəyi gözlənilir.

 

Şirkətdən “Marja”ya verilən məlumata görə, anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-yə dəyişdirildiyi üçün emissiyanın yerləşdirilməsinin 15 iş günü sonra həyata keçirilməsi nəzərdə tutulub.

 

İstiqrazların ötən həftə Bakı Fond Birjasında yerləşdirilməsi nəzərdə tutulurdu.

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın boru istehsalçısı “METAK” şirkəti dövriyyəyə 3 milyon manatlıq istiqraz buraxmağa start verib. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “METAK” şirkətin hər birinin nominal dəyəri 1000 AZN olan 3000 ədəd  faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarını qeydiyyata alıb. “METAK” MMC-nin Maliyyə meneceri İsmayıl Hümbətov “Marja”ya bildirib ki, istiqrazların tədavül müddəti 1 il, illik gəlirlilik 10%-dir. Faiz gəlirinin ödəniş müddət isə 1 aydan bir (30 gün) müəyyən edilib.

22.04.2019 13:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ