Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bank Respublika kompensasiyaların ödənilməsinə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank Respublika kompensasiyaların ödənilməsinə başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

® Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası ilə əlaqədar olaraq,Bank Respublika”nın bütün filiallarında22 aprel tarixindən etibarən müştərilərə kompensasiyaların ödənilməsinə başlanılıb.

 

Reklam_3_11

Müştərilərin rahatlığının təmin olunması məqsədilə, növbəlilik prinsipi qaydasında müştərilərə öncədən fərdi SMS göndərilir. SMS-lərin mətnində kompensasiyanın verildiyi ünvan, dəqiq məbləğ və vaxt qeyd olunur.

 

Əlaqə nömrələrini dəyişmiş müştərilərə isə, Bankın 144 nömrəli Məlumat Mərkəzinə zəng edib, yeni əlaqə nömrələrini təqdim etmələri xahiş olunub.

Müştərilər, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portala daxil olaraq xarici valyuta kreditləri üzrə hesablanmış kompensasiya məbləği və restrukturizasiya məlumatını əldə edə bilərlər.

 

Kompensasiya ödənişi ilə əlaqədar müştərilərə operativ şəkildə xidmət göstərilməsi məqsədilə Bank Respublika xüsusi iş rejimində işləyəcək və may ayının sonunadək bütün müştərilərə kompensasiyaların ödənişi təmin olunacaq.

 

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

22.04.2019 15:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ