Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Məşğulluq” altsistemində necə qeydiyyatdan keçmək olar?

iç səhifə xəbər başlığı altı (mobil)_31
 “Məşğulluq” altsistemində necə qeydiyyatdan keçmək olar?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi yaxın günlərdə fəaliyyətə başlayacaq.  

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, altsistemdə vakansiyalar, işsiz və işaxtaranlara dair məlumatlar əksini tapacaq. Vətəndaşlar Məşğulluq mərkəzlərinə gəlmədən, altsistemdəki müvafiq vakansiya üzrə istənilən vaxt elektron qaydada müraciətlərini edə biləcəklər.

 

“Məşğulluq” altsistemində qeydiyyatdan keçmək üçün isə “e-sosial” və ya “e-gov.az” portalı vasitəsilə sistemə daxil olmaq, “İşaxtaranlar” pəncərəsinin müraciət bölməsində FIN kodunu yazmaqla şəxsi kabinet yaratmaq lazımdır. Daha sonra “Fərdi məşğulluq”  bölməsində vakansiya siyahısı ilə tanış olmaq mümkündür.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

Siyahıda peşəsinə, əmək bacarığına, istəyinə uyğun vakansiya tapmayan vətəndaşlar üçün altsistemdə aktiv məşğulluq layihələri də yer alacaq.  Özünüməşğulluq proqramı iştirakçılarının burada hər birinin şəxsi kabineti də olacaq.

23.04.2019 07:58

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ