Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan ilk dəfə Polşaya Alüminium profil ixrac etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan ilk dəfə Polşaya Alüminium profil ixrac etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

23 Aprel 2019-cu  il tarixində Sumqayıt Texnologiyalar Parkı (STP) Polşaya alüminium profil məhsulları yola salıb. Bu STP ilə yanaşı Azərbaycan tarixində Polşaya ilk alüminium profil  məhsulları ixracıdır.

 

STP-dən "Marja"ya daxil olmuş məlumata görə, satışla bağlı ilkin danışıqlar 2019-cu  ilin yanvar ayından başlayıb və mart ayının sonlarında sifarişçi şirkətə test məhsullar yola salınmışdır. Məhsullar beynəlxalq  standartlara uyğun olduğu və keyfiyyət sınaqlarını keçdiyi üçün  müştəri ilkin olaraq 20 ton məhsul sifariş verib. İxrac  olunan məhsullar standart qəlibli alüminium profillərdən ibarətdir. 

 

Növbəti aylarda Polşa bazarı üçün ixrac ediləcək alüminium profil məhsullarının həcminin artacağı gözlənilir. Belə ki,  hazırkı müştəri topdansatış şirkətidir və əməkdaşlıq etdiyi şirkətlərə də nümunələr göndərib. Nümunəni əldə etmiş şirkətlər də  Sumqayıt Texnologiyalar Parkının istehsal etdiyi məhsullara ciddi maraq göstəriblər.

 

İxrac olunan ölkə Polşa olsa da, sifarişçi tərəf Avstriya şirkətidir. Avstriya alüminium profil ticarətində Almaniya və Danimarka ilə yanaşı Avropanın lider  ölkələrindəndir.  Digər Avropa ölkələri alüminium profil məhsullarını  bu  ölkələrin vasitəsilə əldə edirlər. Azərbaycanın ən böyük sənaye kompleksi olan STP isə hal-hazırda hər 3 dövlət ilə aktiv şəkildə alüminium profil satışı üzrə əlaqələr qurur. Texnopark Polşadan öncə Danimarkaya  bir neçə dəfə alüminium profil məhsulları ixrac edib. 

 

Sumqayıt Texnologiyalar Parkı 2014-cü ildən başlayaraq  fasad və standart formada olmaqla isti və soyuq seriyalı profillər, alüminium boşluqlar, pəncərə sistemləri, alüminium elektrik şinləri, habelə müştərinin istəyinə uyğun digər alüminium məhsulları istehsal edir. Zavodda alüminium profillərin istehsalı ilə yanaşı toz boya, alüminium əritmə və pəstahlama kimi sahələr də fəaliyyət göstərir.  STP-nin Alüminium Profillər Zavodunun istehsal etdiyi bütün məhsullar həm kimyəvi, həm də fiziki xüsusiyyətlərinə görə beynəlxalq tələblərə tam cavab verir. Məhz bu səbəblərə görə də xarici bazarlarda da yüksək maraqla qarşılanır. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Texnopark neft-qaz, enerji, kənd təsərrüfatı sahələri ilə yanaşı tikinti sektoruna da geniş çeşiddə məhsul və xidmətlər təklif etməkdədir. STP 22 dekabr 2009-cu ildə dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda müəssisədə mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir.

23.04.2019 11:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ