Palata yalan məlumatlar aşkar etdi, şirkətin rəhbərliyi vəzifədən kənarlaşdırılıb
“Rəvan Sığorta” ASC tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) təhrif edilmiş hesabatların təqdim edilməsi faktı müəyyən edilib.
Sığorta dairələrindən əldə edilən məlumata görə, qeyd edilən nöqsanı və Şirkətin mövcud maliyyə vəsaitlərini nəzərə alaraq, “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinə əsasən, MBNP tərəfindən ASC-nin İdarə Heyətinin sədri, baş mühasibi və məsul aktuarisinin tutduğu vəzifədən kənarlaşdırılması, sığorta ehtiyatlarını təmin edən vəsaitlərin çatışmayan hissəsinin bərpa edilməsi və məcmu kapitalının artırılması barədə “Rəvan Sığorta”ya icrası məcburi olan yazılı göstəriş - təqdimat verilib.
Şirkət tərəfindən nöqsanlar aradan qaldırılanadək qeyd olunan şəxslərin vəzifədən kənarlaşdırılması təmin edilib. Hazırda “Rəvan Sığorta” mövcud qanunvericiliklə müəyyən edilmiş prudensial tələblərin yerinə yetirilməsi və məcmu kapitalının artırılması istiqamətində işlər aparır.
Sığorta dairələrindən həmçinin bildirilib ki, MBNP sektorda şəffaflığı təmin etmək, maliyyə dayanıqlığını gücləndirmək və istehlakçıların hüquqlarını qorumaq üçün nəzarət tədbirlərini gücləndirib və şirkətlər tərəfindən qanunvericiliyin tələblərini pozanlar ciddi cəzalandırılacaq.
MBNP-nin Direktorlar Şurasısədrinin müşaviri Rüfət Abbasov faktı təsdiqləsə də,məsələ ilə bağlı əlavə şərh verməyib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
6 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 7 saat əvvəl
-
7 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
8 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl