Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Gələn il sürücüsüz taksi xidmətini işə salacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gələn il sürücüsüz taksi xidmətini işə salacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın ən böyük elektrikli avtomobil istehsalçılarından biri olan Tesla, gələn il sürücüsüz taksi xidməti göstərməyə başlayacağını açıqlayıb.
 

"Marja" "Venturebeat.com"a istinadən xəbər verir ki, ilk dəfə üç il əvvəl şirkətin İcraçı direktoru Elon Musk tərəfindən bir ideya kimi ortaya atılan layihə elektrikli Tesla avtomobillərindən bir şəbəkə yaradılması ilə həyata keçiriləcək.
 

Reklam_3_11

Musk sərmayəçilərə etdiyi bir təqdimatda layihədə iştirak edəcək avtomobillərin, Tesla-nın avtopilot proqram təminatından istifadə edəcəyini söyləyib. Başlanğıcda yalnız Model 3 və Model S vasitələrin qoşula biləcəyi xidmət hər yerdə eyni vaxtda başlamayacaq.
 
Hər Tesla sahibi, avtomobilini qurulacaq "şəbəkə"yə (network) əlavə edib-çıxartmaqda və şəbəkəyə daxil olduqda bundan gəlir əldə etməkdə azad olacaq. Tesla, avtomobil sahiblərinin əldə etdiyi gəlirdən 25-30 faiz komissiya alacaq. Kifayət qədər Tesla sahibinin olmadığı regionlarda şirkət öz avtomobilləri ilə layihəyə dəstək verəcək.
 
Tesla-nın sürücüsüz taksi xidmətini istifadə etmək istəyən müştərilər mobil bir tətbiq ilə avtomobilləri park yerlərindən çağıracaq. İcraçı direktor Elon Musk, gələcək  bir il yarım ərzində sistemə daxil olan avtomobil sayının 1 milyona çatmasını gözləyir.
 
Tesla, sürücüsüz taksidə xərcin mil (1.6 km) başına 0.18 dollar olmasını gözləyir. Hazırda fəaliyyət göstərən proqramlarda bu xərc 2-3 dollar arasında dəyişir. Şirkət avtomobil sahiblərinin isə mil başına 0.65 dollar və ya illik orta hesabla 30 min dollar xalis qazanc əldə edə biləcəyini hesablayır.
 
Həmçinin Musk, 2 il ərzində sükan və pedalları olmayan avtomobillər istehsal edəcəklərini və bu yeni modellərin orta hesabla 25 min dollara olacağını açıqlayıb.

23.04.2019 13:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ