Dövlət istiqrazlarına dörd qat tələb
07 mart 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102003545 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Bakı Fond Birjasından "Marja"ya daxil olmuş məlumata görə, hərrac zamanı 11 investor tərəfindən 25 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 42,909,800.00 AZN təşkil etmişdir.
Sifarişlər 91.0000 AZN (20.0549%) və 93.0900 AZN (15.0520%) qiymət intervalında təqdim edilmişdir.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 92.8257 AZN (15.6722%) orta ölçülmüş qiyməti 92.8733 (15.5602 %) təşkil etmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 09.03.2017 (t+1) tarixində həyata keçiriləcəkdir
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 000 000 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 05.09.2017-cı ildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 13 d. əvvəl
-
27 d. əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 36 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 43 d. əvvəl
- 48 d. əvvəl
-
49 d. əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 55 d. əvvəl
- 58 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
1-ci rübdə bank sektorunda 311,5 milyon manat xalis mənfəət formalaşıb