Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Maliyyə Nazirliyinin istiqrazları tam satılmadı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə Nazirliyinin istiqrazları tam satılmadı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

23 aprel 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106007757 ISIN-li, 15 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

Bakı Fond Birjasının yaydığı məlumata görə, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 95.4897AZN (10.8000%) və 100.2583 AZN (8.9000%) olan 10 sifariş təqdim edilmişdir.

 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.7122 AZN (9.9000%), orta ölçülmüş qiyməti 98.2071 (9.7031%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 23,290,500 AZN yerləşdirilmiş həcmi isə 14,189,700 AZN təşkil edilmişdir.

 

İstiqrazların ödəmə tarixi  19.04.2022-ci il.

 

Hərrac iştirakçıları 24 aprel 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

23.04.2019 15:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ