Ən yuxarı statik reklam-3_3

Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşlar başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşlar başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Heydər Əliyev Beynəlxalq Aeroportunda “Türk Hava Yolları”nın (THY) Bakı-Ankara-Bakı reysinin açılış mərasimi keçirilib.

 

THY-nin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas bu reysin iki paytaxt arasında məsafələri qısaltmaq baxımından əhəmiyyətli olduğunu bildirib.

 

“Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr çox yüksək səviyyədədir. Bu baxımdan siyasilərdən ibarət sərnişin potensialı var. Həmçinin Ankara və ətraf regionlarda təhsil alan tələbələr, ora müalicəyə gedən şəxslər və sair potensial olaraq bizim sərnişinlərimizdir. Uzun müddət idi ki, paytaxtları bir-birinə bağlayan bu reysi açmağı düşünürdük. Nəhayət bu gün reallaşdırdıq”, - deyə o qeyd edib.

 

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, THY-nin baş direktorunun insan resursları üzrə köməkçisi Abdulkərim Çay, Mülki Aviasiya Agentliyinin beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Elman Ələkbərov və başqa şəxslər iştirak edib.

 

Qeyd edək ki, “Türk Hava Yolları” aprelin 22-dən etibarən Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşlara başlayıb.

 

Ankara-Bakı istiqamətində uçuşlar həftənin bazar ertəsi, çərşənbə və cümə günləri təşkil olunacaq. Əks istiqamətdə isə (Bakı-Ankara) reyslər həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçiriləcək. Ankara-Bakı reysi yerli vaxtla 23:45-03:35-də, Bakı-Ankara isə 04:30-06:20-də təşkil olunacaq. Bununla da Türkiyədən Azərbaycana olan birbaşa uçuşların icra edildiyi şəhərlərin sayı 3 olur.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

© Azərtac

23.04.2019 15:45

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ