Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq

Sumqayıt sakinlərinin telekommunikasiya xidmətlərindən istifadə imkanları genişləndirilir.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, həyata keçirilən pilot layihə çərçivəsində yaxın gələcəkdə  telefondan istifadə tutumunun 18 000 nömrə artırılaraq 77 600-ə, internetdən istifadə tutumunun isə 52 784 artaraq 75 136 abunəçi sayına çatdırılması nəzərdə tutulur.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC Sumqayıt Telekommunikasiya Qovşağı tərəfindən həyata keçirilən işlər nəticəsində telekommunikasiya şəbəkəsində çöl tipli (outdoor) 39 avadanlıq quraşdırılıb və 35 km fiber-optik (FO) kabel çəkilib.

 

Hazırda mövcud şəbəkədə olan abunəçilərin mərhələli şəkildə yeni avadanlıqların üzərinə köçürülmə prosesi çərçivəsində 13 avadanlıq istismara verilib.

 

Nəticədə 3512 telefon və 2105 internet istifadəçisinə yeni avadanlıqlar üzərindən daha keyfiyyətli xidmətlər təqdim olunur.

 

Bundan başqa,  “Evədək Fiber” (Fiber to the Home – FTTH) şəbəkəsinin tikinti-quraşdırılma işləri də icra olunmaqdadır.

 

Yeni inşa olunmuş binalarda çox xidmətli çıxış nöqtəsi (Multi-Service Access Node – MSAN)  avadanlıqları ilə yanaşı, Gigabit tutumlu Passiv Optik Şəbəkənin (Gigabit Passive Optical Network – GPON) tikinti-quraşdırılma işləri də davam etdirilir.

 

Nəzərdə tutulan işlər çərçivəsində şəhər ərazisində və yeni salınan yaşayış məntəqələrində (Xəzər bağları, Yaşıl dərə massivi) müasir şəbəkələr qurulub istifadəçilərin ixtiyarına verilir.

 

Tikinti işləri ilə yanaşı, mütəmadi olaraq mövcud abunəçi şəbəkələrində də təmir-bərpa işləri aparılır.

 

23.04.2019 16:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ