Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


 OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

Reklam_3_11

- Səhər saat 09:20-də Mərkəzi Bank Martın 7-nə USD/AZN rəsmi məzənnəsini 1.7548 manat səviyyəsində açıqladı.

 

- Saat 10:00-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin cüzi artdığı müşahidə olundu, Dollar əsasən 1.77-1.80 manat səviyyələrindən satıldı.

 

 - Saat 12:00-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7565 manat səviyyəsində formalaşdı. Başqa sözlə, hərracda Dollar Manat qarşısında 0,2% möhkəmləndi.

 

- Hərracdan sonra banklarda Dolların  satış məzənnələrinin düşdüyü müşahidə olundu, baxmayaraq hərracda Dollar az da olsa bahalaşmışdı. Son vaxtlar Mərkəzi Bankda Manatın orta çəkili məzənnəsi qalxsa da, banklarda Dollar düşür.

 

- Axşam saat 17:05-də Mərkəzi Bank 09.03.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7563 səviyyəsində müəyyən olunduğunu açıqladı. Bu səviyyə hərracdakı səviyyədən cüzi aşağı idi.

 

 RAHAT MEBEL KREDİTİ!

 

Qeyd edək ki, çoxları manatın bahalaşacağına inanmırlar. Onlara görə, Manatın güclənməsi üçün iqtisadi səbəb yoxdur, Dolların bir qədər ucuzlaşması, bir “oyundur”. Hələ də çox insan, Mart ayından başlayaraq Dolların bahalaşacağını hesab edir. Bəzi iddialara görə, ABŞ Mərkəzi Bankı Fed Martın 15-də faizi artırarsa Dollar daha da bahalaşacaqdır.

 

Qeyd  edək, Mərkəzi Bank depozit hərracları və notların yerləşdirilməsi ilə izafi manat kütləsini dövriyyədən çıxardır. Manatın qıtlaşması Dollar alışını da məhdudlaşdırır (tələbi azaldır) və bu da məzənnənin kəskin qalxmasının qarşısını alır. Qısası, banklarda dolların ucuzlaşması manat çatışmalığı ilə bağlıdır.

 

Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.

 

HYUNDAİ CRETA! KOMPAKT SUV-UN YENİ ULDUZU!

07.03.2017 18:01

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ