Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Kapital Bank Cocuq Mərcanlıda keçirilən yarışmaya dəstək göstərib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank Cocuq Mərcanlıda keçirilən yarışmaya dəstək göstərib

(®) Kapital Bank, Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən keçirilən “Qələbəyə doğru” kuboku uğrunda uşaqlar arasında intellektual oyununa dəstək göstərib.

 

Tədbirdə AQUPDK sədrinin müavini Aynur Sofiyeva, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Kapital Bank-ın mətbuat katibi Pərviz Sədrəddinov və digər şəxslər iştirak edib. Tədbir iştirakçıları Horadiz şəhərində olan “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

 

Bilik yarışında Füzuli, Cəbrayıl, Tərtər, Ağdam, Kəlbəcər, Xocavənd, Laçın və Beyləqan rayonlarının komandaları iştirak edib. Münsiflər heyətinin müşayiəti ilə keçirilən bilik yarışında uşaqların dünyagörüşü, Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, həmçinin elmi nailiyyətlər və kəşflər sahəsində bilikləri müəyyənləşdirilib.

 

Birinci yeri Füzuli, ikinci yeri Kəlbəcər, üçüncü yeri isə Beyləqan rayonlarının komandaları tutublar. Tədbirdə qalib komandalara AQUPDK və Kapital Bank tərəfindən diplom və hədiyyələr verilib. Birinci yerin qalibi olan Füzuli rayonunun komandasına “Qələbəyə doğru” kuboku təqdim olunub.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

24.04.2019 08:12

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ