Mobil manşet üstü reklam-3_21

Kürü qalmaqalında ittiham olunan səfirin yerinə - Təyinat

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kürü qalmaqalında ittiham olunan səfirin yerinə - Təyinat

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yeni səfir təyin etdiyi bildirilir.

 

Məlumata görə, yeni səfir Mahir Əliyev etimadnaməsini bu ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi Əhməd Sari Əl Mazroueyə təqdim edib.

 

BƏƏ-li rəsmi səfirə fəaliyyətində uğurlar arzu edib.

 

Qeyd edək ki, bir müddət əvvəl BƏƏ-dəki sabiq səfir Daşqın Şikarovla bağlı mediada ciddi ittiham yer almışdı. Bildirilirdi ki, diplomat Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlif ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş kürü hədiyyəsini mənimsəyib. 

 

Hazırda XİN-in rəsmi saytında Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinə səfiri kimi nə Mahir Əliyevin, nə də Daşqın Şikarovun adı qeyd edilib.


 

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva ildirib ki, BƏƏ-yə yeni səfir təyinatı ilə bağlı onlarda heç bir məlumat yoxdur:

 

“Səfirlərin təyinatı ali sərəncamla həll edilir. Belə bir sərəncam olmadığı üçün təəssüf ki, biz bu barədə əlavə məlumat verə bilməyəcəyik”.

 

© 1news.az, Bakupost

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Daşqın Şikarov

24.04.2019 10:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ