Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Holcim Azərbaycan" səhmdarları qərarlar qəbul ediblər - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Holcim Azərbaycan" səhmdarları qərarlar qəbul ediblər - YENİLƏNİB

Bu gün “Holcim Azerbaijan” ASC-nin (Qaradağ Sement Zavodu) səhmdarlarının illik ümumi yığıncağı keçirilib.

 

Yığıncaqda bildirilib ki, şirkət ötən ili 8 milyon manata yaxın xalis mənfəətlə başa vurub.

 

Bununla belə, səhmdarlar ötən il olduğu kimi, bu il də dividend almayacaqlar. Çünki, əldə edilmiş mənfəət yenə də, manatın 2015-ci ildəki kəskin devalvasiyası nəticəsində zavoda dəymiş zərərin nəticələrinin aradan qaldırılmasına, başqa sözlə, səhmdar cəmiyyətinin kapitalının artırılmasına yönəldiləcək.

 

Xatırladaq ki, "Holcim Azerbaijan" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. Şirkətin səhmlərinin 86%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76% və 10%), 14%-i isə fiziki şəxslərə məxsusdur.


 

XXX

 

4 aprel 2019-cu il tarixində Bakı şəhərində "Hyatt Regency" mehmanxanasında "Holcim Azərbaycan" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının İllik Ümumi Yığıncağı keçirilib. 

 

ASC-dən "Marja"ya daxil olmuş məlumata görə, səhmdarların İllik Ümumi Yığıncağının gündəliyində aşağıdakı məsələlər müzakirə edilmişdir:

 


-Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi  Yığıncağının Sədrinin seçilməsi

-Müşahidə Şurasının üzvlüyündə dəyişikliklərin təsdiq edilməsi

-Təftiş Komissiyasında dəyişikliklərin təsdiq edilməsi

-"Holcim Azərbaycan" Açıq Səhmdar Cəmiyyətinin 2018-ci ilin maliyyə nəticələrinə dair illik hesabatının təsdiqlənməsi  

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

"Yığıncaq iştirakçıları gündəlikdəki məsələləri müzakirə edərək müəssisənin illik hesabatını və  maliyyə göstəricilərini təsdiq etmişlər, gündəlikdəki məsələlərə dair qərarlar qəbul etmişlər. Dividendlərin verilməsi ilə bağlı müzakirələr aparılmışdır. "Holcim Azərbaycan" ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağı Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun keçirilmişdir",- məlumatda deyilir.

 
Holcim Azərbaycan 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Holcim Azərbaycan, “Report”

24.04.2019 11:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ