Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Çindən Azərbaycana 20 min qutu gətirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çindən Azərbaycana 20 min qutu gətirildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu il Azərbaycanda yaş barama istehsalının 800 tona çatdırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi Çindən ölkəyə 20 min qutu hibrid ipəkqurdu sənaye toxumları (qrena) gətirib.

 

"Marja" bu barədə nazirliyə istinadən xəbər verir. 

 

Məlumatda deyilir ki, ölkəyə gətiriləcək hibrid tut ipəkqurdu sənaye toxumlarının keyfiyyətinə nəzarətin gücləndirilməsi, cinslər üzrə toxum materialının seçiminin düzgün aparılması, yarana biləcək çətinliklərin yerində həll edilməsi məqsədi ilə nazirliyin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev, Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudova və “Azəripək” MMC-nin direktoru Nizami Qəribov 16-23 aprel tarixlərində Çinə ezam olunublar.

 

Səfər çərçivəsində nümayəndə heyəti Şandon əyalətində fəaliyyət göstərən Super elit, elit, hibrit ipəkqurdu toxumu istehsalı müəssisələrinin fəaliyyəti, maddi texniki bazası ilə yaxından tanış olub və yeni intensiv üsulla salınmış tut plantasiyalarına baxış keçirilib. Qeyd edək ki, bu şirkətlərin istehsal etdiyi ipək qurdu toxumlarının bir hissəsi yerli tələbat üçün istifadə edilir, qalan hissəsi isə Özbəkistan, Tacikistan və Azərbaycana ixrac edilir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Plana uyğun olaraq Çindən 20 min qutu yüksək keyfiyyətli, məhsuldar hibrid ipəkqurdu sənaye toxumları nümayəndələr tərəfindən yerində seçilib, onların iştirakı ilə qablaşdırılıb və hava nəqliyyatı vasitəsi ilə ötən gün ölkəyə gətirilib. Ölkəyə gətirilən toxumların 16875 qutusu Qax Damazlıq İpəkçilik Stansiyasında, 3125 qutu isə Zaqatala, Balakən və Ucar rayonlarında fəaliyyət göstərən kümçülər tərəfindən inkubasiyaya qoyulub. İnkubasiyadan əldə olunmuş ipək qurdlarının may ayının birinci on günlüyünə qədər müvafiq rayonların kümçülərinə bölgü əsasında paylanılması nəzərdə tutulub. 

24.04.2019 12:03

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ