Ən yuxarı (mobil)_30

Azərbaycanda yeni nəsil 4LL lokomotiv yağı istehsal ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda yeni nəsil 4LL lokomotiv yağı istehsal ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) “AMINOL” ticarət markalı sürtkü yağları Sumqayıt Kimya Sənaye Parkında, “ALCO” MMC-yə ayrılan ərazidə, ən müasir Alman texnologiyası əsasında istehsala 15.12.2017-ci il tarixində Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri ilə başlamışdır.  

 

Zavodun illik istehsal gücü 30 min ton, investisiya həcmi isə 10 milyon ABŞ Dollarıdır. Müəssisədə, əsasən, mühərrik, sənaye, hidravlik, kompressor, turbin, transmissiya və gəmi yağları istehsal edilir.

 

“AMİNOL” sürtkü yağları zavodu artıq bir ildən çoxdur ki, yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən aviasiya yağı istehsal edən ilk yerli istehsalçıdır.

 

Yaxın günlərdə “AMİNOL” sürtkü yağları zavodu dünya nəhənglərindən olan General Electric (GE) şirkətindən AMİNOL M-14D2 lokomativ yağı üçün “Fundamental Approval”- əsas təsdiq almışdır.

 

 “AMİNOL” sürtkü yağları zavodu bununla da MDB ərazisində “Lukoil” şirkətindən sonra Dizel lokomotivləri üçün xüsusi tərkibli 4 LL (Long Life) AMİNOL M-14D2 lokomotiv yağını istehsal üçün icazəyə malik ikinci şirkətdir.

25.04.2019 07:57

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ