Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Mərkəzi Bank 10 manatlığın avadanlıqlara adaptasiyasına dair açıqlama yaydı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank 10 manatlığın avadanlıqlara adaptasiyasına dair açıqlama yaydı

Azərbaycan Mərkəzi Bankı tədavülə buraxılmış yeni 10 manatlıq pul nişanlarının nağd ödəniş avadanlıqlarında adaptasiyasına dair açıqlama yayıb.


Açıqlamada deyilir:

 

"Yenilənmiş dizayn və mühafizə elementlərinə malik 10 manatlıq pul nişanı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən cari ilin 18 mart tarixindən etibarən tədavülə buraxılmışdır. Beynəlxalq təcrübədə mərkəzi banklar tərəfindən yeni pul nişanlarının tədavülə buraxılmasına dair məlumatlar rəsmi elan olunduqdan sonra ölkə ərazisində istismar olunan nağd ödəniş avadanlıqlarının uyğunlaşdırılması (adaptasiyası) məqsədilə dövriyyəyə məhdud sayda müvafiq pul nişanları buraxılır və bu proseslər müəyyən vaxt ərzində (beynəlxalq təcrübədə 10 ayadək müddətdə) həyata keçirilir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

Hazırda Mərkəzi Bank tərəfindən tədavülə 10 manatlıq əskinas üzrə ümumi dövriyyənin 0.5% həcmində yeni 10 manatlıq pul nişanı buraxılmışdır. Bu say kredit təşkilatları, poçt rabitəsinin milli operatoru və qeyri-bank ödəniş təşkilatlarına məxsus nağd ödəniş avadanlıqlarının adaptasiyası üçün yetərlidir. Hazırda, qeyd edilmiş təşkilatlar tərəfindən müvafiq adaptasiya işləri ilə bağlı tədbirlər görülür və müvafiq sistemlərin uyğunlaşdırılmasının cari ilin may ayının sonlarınadək tam yekunlaşdırılması nəzərdə tutulur".

24.04.2019 16:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ