Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Palatada banklarla görüş -Fikir ayrılığı yaranıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palatada banklarla görüş -Fikir ayrılığı yaranıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvləri olan kommersiya banklarının nümayəndələri arasında görüş keçirilib. 

 

Qapalı qapılar arxasında baş tutan görüş 4 saata qədər davam edib. 

 

Tədbirdə "AGBank" ASC-ni Bankın İdarə Heyətinin sədri Əfqan Cəlilov, "Rabitəbank" ASC-ni baş direktor Binnət Novruzov, "Unibank" ASC-ni isə Bankın Risklərin idarə edilməsi üzrə direktoru, İdarə Heyətinin üzvü və İdarə Heyəti sədrinin müavini, həmçinin baş risk inzibatçısı vəzifələrini icra edən Asəf Hüseynov təmsil edib. Digər banklar isə görüşə departament direktorları səviyyəsində qatılıblar.

 

Tədbirin əsas məqsədi MBNP tərəfindən hazırlanmış “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Banklarda açıq valyuta mövqeyinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları” və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nı müzakirə etmək olub.

 

Bank dairələrindən əldə edilən məlumata görə, müzakirələr zamanı tənzimləyici qurumla kommersiya bankları arasında fikir ayrılığı yaranıb: "Bizim əsas razılaşmadığımız məsələ isə Palatanın kreditlərin təsnifləşdirilməsi ilə bağlı təklifidir. Bu qaydalar bizi daha da sıxır".

 

Bəzi bank rəsmiləri isə tədbirin formal xarakter daşıdığını və qərarın artıq verildiyini əsas gətirərək iclası tez tərk ediblər.

 

"Unibank"ın İdarə Heyətinin sədr müavini Asəf Hüseynov açıqlamasında əhəmiyyətli müzakirələr aparıldığını deyib: "Çox yaxşı haldır ki, Palata belə müzakirələr təşkil edir. Biz də öz təkliflərimizi səsləndirdik. Müzakirə edilən məsələlərlə bağlı təkliflərimizi yazılı şəkildə təqdim edəcəyik".

 

© Report

08.03.2017 07:08

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ