Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan şirkəti Serbiyadan tütünçülük üzrə təcrübəli məsləhətçi dəvət edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkəti Serbiyadan tütünçülük üzrə təcrübəli məsləhətçi dəvət edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu günlərdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin təşəbbüsü ilə Cəmiyyətin nəzdində olan “Azərtütün ASK” MMC-nin fəaliyyətinin gücləndirilməsi məqsədi ilə Serbiyadan tütünçülük üzrə təcrübəli məsləhətçi Slavisa Milovanovic dəvət olunmuşdur. 

 

ASC-dən "Marja"ya daxil olmuş məlumata görə, o, Zaqatala, Balakən, Qax və Şəki rayonlarında cari il üzrə əkilərək tədarük ediləcək tütünün məhsuldarlığının və keyfiyyətinin artırılması istiqamətində həm “Azərtütün ASK” MMC-yə həm də yerli fermerlərə dəstək göstərəcəkdir. 

 

Belə ki, serbiyalı məsləhətçi yaşıl tütün yetişdirilməsi dövründə müvafiq aqrotexniki tədbirlərin yerinə yetirilməsinin təşkili, zərərvericilərə qarşı inteqrasiya edilmiş idarəetmə proqramının hazırlanması və tətbiqi,  aqronomlar və fermerlər üçün təlim proqramının hazırlanması və təşkil edilməsi,  "Azərtütün ASK” MMC-nin təcrübə-sınaq sahələrində aparılacaq əkinlərin nəzarətdə saxlanması, eləcə də yerli aqronomlara tövsiyyələr vermək və onların fəaliyyətinə nəzarət etmək, Tütün İstehsalı Emalı Məntəqələrində yaşıl tütünün qəbulu və emalı prossesinə nəzarəti həyata keçirmək, Zaqatala Tütün Emalı Zavodunda istehsalın yaxşılaşdırılması üzrə məsləhətlər vermək və buradakı işçi heyətinin fəaliyyətini nizamlamaq kimi mühüm işlərin icrasını həyata keçirəcəkdir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

Kənd təsərrüfatının ənənəvi istiqamətləri üzrə, o cümlədən tütünçülüklə bağlı dövlət proqramında qarşıya qoyulmuş məqsəd və vəzifələrin icrasının təmin edilməsi üçün görüləcək işlər, mövcud problemlərin həlli, ümumilikdə bu sahədə böyük əhəmiyyət kəsb edən informasiyaların çatdırılması və innovasiyaların tətbiqi baxımından qarşılıqlı əməkdaşlıqların əhəmiyyətini nəzərə alaraq, “Azərtütün ASK” MMC növbəti illərdə bu istiqamətdə aparıcı yerə malik olan digər ölkələrin də təcrübə və iş mexanizmlərindən yararlanmağı planlaşdırır.

25.04.2019 09:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ