Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Kafe Park” restoranının fəaliyyəti məhdudlaşdırıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kafe Park” restoranının fəaliyyəti məhdudlaşdırıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bir neçə gün öncə mediada Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən “Kafe Park” restoranında pişiyin aparata asılan əti yeməsini əks etdirən görüntülər yayılmışdı. Fakt Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mediadan götürülərək aidiyyəti üzrə araşdırılıb.

 

Agentlikdən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, araşdırmalar zamanı sözügedən ictimai-iaşə obyektinə baxış keçirilib. Baxış zamanı kafenin həyətində yüngül metal konstruksiyadan tikilmiş dönər bişirmə sahəsi və 40 nəfər üçün nəzərdə tutulmuş yemək qəbulu zalının və emal sahəsinin texniki-normativ sənədlərin tələblərinə cavab vermədiyi  məlum olub.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

Baxış zamanı ictimai-iaşə müəssisəsində müxtəlif növ un məmulatlarının  (qutab və peraşkilərin) hazırlanmasında istifadə olunan xammalların saxlanma şəraiti və emalının normativ qaydalara uyğun aparılmadığı və sanitar-gigiyenik qaydaların tələblərinə cavab vermədiyi təsdiqini tapıb.

 

Bütün bunları nəzərə alaraq qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektinin fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi barədə qərar verilib. Sahibkara qanun pozuntularının aradan qaldırılması üçün yerinə yetirməli olduğu konkret tədbirlər barədə məlumat verilib.

25.04.2019 09:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ