Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İki böyük supermarket şəbəkəsinin birləşməsinə razılıq verilmədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
İki böyük supermarket şəbəkəsinin birləşməsinə razılıq verilmədi

Böyük Britaniyanın Rəqabət Təşkilatı (CMA), ölkənin  iki böyük supermarket şəbəkəsi  - "Sainsburys" və "Asda"nın birləşməsinə razılıq verilmədiyini açıqlayıb.
 

"Marja"nın məlumatına görə, nəzarət qurumundan bildiriblər ki, ötən ilin aprel ayında birləşmək qərarı verən "Sainsburys" və "Asda"nın bu tələbinə, "istehlakçıların daha yüksək məhsul qiymətləri ilə qarşılaşmasına səbəb olacağına" görə razılıq verilmədiyi bildirilib.
 

Açıqlamada, qurumun qərarının Böyük Britaniyan hər iki pərakəndə şəbəkədən alış-veriş edən milyonlarla istehlakçının hüquqlarının qorunduğu vurğulanıb.
 

Ötən ilin aprel ayında "Sainburys", ABŞ-ın pərakəndə nəhəngi "Walmart"ın payı olan ucuz marketlər şəbəkəsi "Asda" ilə birləşmək qərarı verdiyini bildirmişdi.
 

CMA ötən ilin avqust ayında "Sainsburys" və "Asda"nın birləşmək qərarına dair araşdırmanın başlanıldığını, bu prosesdə birləşmək qərarının istehlakçıların üzərində mənfi təsirlərinin olub-olmayacağının qiymətləndiriləcəyini bildirmişdi.
 

İngilis mətbuatında, daha əvvəl birləşmənin 7,3 milyard funt-sterlinq (10 milyard ABŞ dolları) qarşılığında həyata keçirildiyi qeyd edilmişdi.
 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

"Sainburys"dən ötən ilin aprel ayında verilən açıqlamada, hər iki pərakəndə şəbəkəyə məxsus mağazaların bağlanmayacağı, işdən çıxarma olmayacağı qeyd edilmişdi. Birləşmədən sonra "Asda"nın sahibi olan "Wallmart"ın yeni yaradılacaq şirkətdə 42% paya sahib olacağı bildirilmişdi.
 

Birləşmə ilə "Sainsbury's"in 2 min 800 mağaza ilə Böyük Britaniyanın supermarket bazarının təxminən 31,4%-lik hissəsinə təkbaşına nəzarət edəcək vəziyyətə gəlməsi planlaşdırılmışdı.

25.04.2019 11:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ