Xəzər Dəniz Gəmiçiliyinin xalis mənfəəti 2 dəfə azalıb
2018-ci ilin yekunları üzrə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (AXDG) 52,4 milyon manat (30,8 milyon dollar) xalis mənfəət əldə edib. Bu, 2017-ci ildəkindən (100,1 milyon manat) 2 dəfə azdır.
"Marja" xəbər verir ki, bu barədə AXDG-nin maliyyə hesabatında qeyd edilir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Keçən il gəmiçilik şirkətinin göstərilən xidmətlər üzrə gəlirləri 4,7% azalaraq 452,1 milyon manat təşkil edib. Eyni zamanda, yük və sərnişin daşınmasından (170,7 milyon manat) gəlirlər 5 faiz azalıb, logistika xidmətlərindən mədaxil (23,3 milyon manat) 20 dəfə artıb. 2018-ci ildə AXDG-nin ümumi gəlirləri 484,5 milyon manat təşkil edib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) aktivləri 31 Dekabr 2018-ci il tarixinə 1 milyard 196 milyon manat təşkil edib.Bu, 2017-ci illə müqayisədə 16,1% çoxdur.
Ötən il müəssisənin uzunmüddətli aktivləri 16,1% artaraq 890 milyon 890min manata, cari aktivləri isə 16,2% artaraq 305 milyon 152 min manata çatıb.
Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 92,3% artaraq 205 milyon 54 min . manat, o cümlədən uzunmüddətli öhdəlikləri 2,2 dəfə artaraq 69 milyon 484 minn. manat, cari öhdəlikləri isə 81,7% artaraq 135 milyon 571 min manat olub.
İl ərzində Gəmiçiliyin cəmi kapitalı 7,3% artaraq 990 milyon 988 min. manata çatıb, nizamnamə kapitalı isə dəyişməyərək 440 milyon 51 min manat olub.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 40 d. əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)






.jpg)





