Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın dövlət şirkətinin 6 rəhbərinə 464 min manat maaş ödənilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın dövlət şirkətinin 6 rəhbərinə 464 min manat maaş ödənilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 31 dekabr 2018-ci il tarixində başa çatan il üzrə Konsolidasiya edilmiş maliyyə hesabatlarını açıqlayıb.

 

“Marja” xəbər verir ki, hesabatlarda Baş rəhbərliyə ödənişlər barədə də məlumatlar verilib.

 

HƏMÇİNİN OXU:Xəzər Dəniz Gəmiçiliyinin xalis mənfəəti 2 dəfə azalıb

 

Qeyd edilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rəhbərliyinə Cəmiyyətin sədri və beş müavini daxildir. Qrupun baş rəhbərliyinin bütün üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Baş rəhbərliyin üzvləri təsdiqlənmiş əməkhaqqı cədvəlinə uyğun olaraq  əməkhaqqı və mükafatlarla təmin edilir.

 

2018-ci il ərzində baş rəhbərliyə cəmi ödənişlər 464 min manat təşkil edib. Bu, 2017-ci illə müqayisədə 131 min manat və ya 39% çoxdur. 2017-ci ildə baş rəhbərliyə cəmi ödənişlər 333 min manat təşkil etmişdir.  

 

Orta hesabla hər ay rəhbərliyə 38 min 667 manat, hər bir rəhbərə isə 6 min 444 manat əmək haqqı və mükafat ödənilib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Ümumiyyətlə, 2018-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 406 milyon 949 min manat cəmi xərclərinin 140 milyon 635 min manatını əməkhaqqı, maaş və sosial müdafiə xərcləri təşkil edib.

 

Min Azərbaycan Manatı ilə

25.04.2019 12:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ