Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dollar 6 Türk Lirəsinə yaxınlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar 6 Türk Lirəsinə yaxınlaşdı

Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarının açıqlayıb. "Marja" xəbər verir ki, Bank faiz dərəcəsini dəyişməyərək 24 faizdə saxlayıb. 

 

Reklam_3_11

HƏMÇİNİN OXU: Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

 

Amma, Mərkəzi Bank açıqlama mətnindən "ehtiyac olması halında əlavə sərt tədbirlər görülə bilər" ifadəsini çıxardıb. 


 
Mart ayındakı açıqlama mətndə bu ifadəyə yer verilmişdi;


 
"İnflyasiyaya təsir edən digər faktorlardakı prosesləri yaxından izləyərək ehtiyac olması halında əlavə sərt tədbirlər görülə bilər".  
 

İfadədəki dəyişiklik, bazarlarda "faiz endiriminə qapı açıldı" şəklində qəbul edilib. Açıqlamadan sonra Dollar  5.90 lirədən 5.9801 lirəyədək yüksəlib. Bu gün Lirə Dollar qarşısında 1,6% ucuzlaşıb.

 

Türk Lirəsi (TL) 2019-cu ilin əvvəlindən bəri Dollar qarşısında 10%-ə qədər ucuzlaşıb.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

İqtisadçılar bildirirlər ki, əgər ifadə mətndən çıxarılmasaydı məzənnə hərəkətə gəlməzdi. "Faizin endiriləcəyini hamı gözləyir - bəziləri iyun, bəziləri son rübdə olacağını gözləyir. Amma bazarda faizin daha tez tarixdə endiriləcəyi  ideyası yarandı. Mərkəzi bankın mətni yumşaltması sual işarələri yaradıb. Apreldə inflyasiya yüksəlirsə başlar qarışacaq",- Maliyyə məsləhətçisi Rəcəb Atakan bildirib.

 

İqtisadçılar bildirirlər ki, mətndə "ehtiyac olması halında əlavə sərt tədbirlər görülə bilər" ifadəsinin  saxlanması daha yaxşı olardı.

25.04.2019 14:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ