Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Elektrikli avtomobillərin gələcəyi nə qədər parlaqdır?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Elektrikli avtomobillərin gələcəyi nə qədər parlaqdır?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq Enerji Agentliyinin araşdırmasına görə, dünyada  2022-ci ilədək elektrikli avtomobillərin sayı on dəfə artım göstərəcək. Ancaq bunun iqtisadiyyata və neft istehlakında əks olunması okeanda bir damcı qədər olacaq.


 
"Marja" xəbər verir ki, agentliyin hazırladığı hesabatda 2015-ci ildə 1,3 milyon ədəd olmuş elektrikli vasitə sayının 2022-ci ildə 15 milyona çıxacağı bildirilir.

Reklam_3_11


 
Bəs vasitə sayındakı artımın neft təklifi və tələbi üzərindəki təsiri də eyni dərəcədə olacaqmı? Beynəlxalq Enerji Agentliyinin bu suala cavabı, "yox". Səbəbi isə elektromobillərin beş il ərzində dünyadakı ümumi avtomobil sayının yalnız 1,1%-ni təşkil edəcəyidir.  Modellərin böyük  əksəriyyəti hələ də benzinlə işləyəcək.  Xüsusilə inkişaf etməkdə olan ölkələrdə neftin hakimiyyəti davam edəcək. Hindistanda adambaşına neft istehlakının 2020-ci ilədək 1,2 barreldən 1,5 barrelə çıxması gözlənilir; Bu da 25%-lik bir artım deməkdir. Bundan başqa, Cənub-Şərqi Asiya, Afrika kimi yerlərdə yük maşını parkının artmasının davam edəcəyini unutmamaq lazımdır.
 


Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, hər iki batareyalı vasitədən biri hibrid olacaq, yəni eyni zamanda benzin də işlədəcək. Nəticə etibarilə, elektrikli avtomobillərin hamısı gündəlik yanacaq istehlakını 200,000 barel azaldacaq. Bu rəqəm ilk baxışda təəccüblü gələ bilər, ancaq reallıq odur ki, bu, 2022-ci ildə dünyada gündəlik 103, 8 milyon barrel olacaq neft istehlakının yalnız 0,19%-nə bərabər olacaqdır.  

08.03.2017 09:24

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ