Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda yeni nəsil 4LL lokomotiv yağı istehsal ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda yeni nəsil 4LL lokomotiv yağı istehsal ediləcək

(®) “AMINOL” ticarət markalı sürtkü yağları Sumqayıt Kimya Sənaye Parkında, “ALCO” MMC-yə ayrılan ərazidə, ən müasir Alman texnologiyası əsasında istehsala 15.12.2017-ci il tarixində Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri ilə başlamışdır.  

 

Reklam_3_11

Zavodun illik istehsal gücü 30 min ton, investisiya həcmi isə 10 milyon ABŞ Dollarıdır. Müəssisədə, əsasən, mühərrik, sənaye, hidravlik, kompressor, turbin, transmissiya və gəmi yağları istehsal edilir.

 

“AMİNOL” sürtkü yağları zavodu artıq bir ildən çoxdur ki, yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən aviasiya yağı istehsal edən ilk yerli istehsalçıdır.

 

Yaxın günlərdə “AMİNOL” sürtkü yağları zavodu dünya nəhənglərindən olan General Electric (GE) şirkətindən AMİNOL M-14D2 lokomativ yağı üçün “Fundamental Approval”- əsas təsdiq almışdır.

 

 “AMİNOL” sürtkü yağları zavodu bununla da MDB ərazisində “Lukoil” şirkətindən sonra Dizel lokomotivləri üçün xüsusi tərkibli 4 LL (Long Life) AMİNOL M-14D2 lokomotiv yağını istehsal üçün icazəyə malik ikinci şirkətdir.

25.04.2019 16:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ