Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Kredit faizlərinə məhdudiyyət qoyulması məsələsi gündəmdən çıxıb”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kredit faizlərinə məhdudiyyət qoyulması məsələsi gündəmdən çıxıb”

"Bizim bu məsələyə münasibətimiz əvvəlcədən mənfi olub"


 

Reklam_3_11

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov ölkədə kredit faizlərinə məhdudiyyət qoyulması ilə bağlı hazırlanmış qanun layihəsinə münasibət bildirib.

 

Baş bankir bu barədə keçirdiyi mətbuat konfransında danışıb.

 

“Azərbaycanda kredit faizlərinə məhdudiyyət qoyulması məsələsi ən yüksək səviyyədə müzakirə edilib və artıq gündəmdən çıxıb. Bizim bu məsələyə münasibətimiz əvvəlcədən mənfi olub. Düşünürük ki, bu, ölkə prezidentinin elan etdiyi uzunmüddətli struktur islahatlarına və dərin bazar iqtisadiyyatına keçid istiqamərində görülən işlərə ziddir.

 

Təklif olunan məsələni dərindən araşdırmışıq. Bu təcrübədən aşağı gəlirli ölkələrdə istifadə olunur. Yəni, inflyasiya iqtisadi usullarlıa idarə olunmursa, qanunvericiliklə bağlı addımlara əl atılır. Xüsusilə maliyyə savadlılığı aşağı olan ölkələrdə banklar istehsal kreditlərində sələmçilik faizlərinə əl atırlar, buna qarşı dövlət səviyyəsində müəyyən tədbirlər görülür.

 

Kredit faizlərinə tavan müəyyən edilməsi iqtisadiyyatın qeyri-bazar üsulları ilə tənzimlənməsinə, maliyyə sektoru ilə real sektor arasında əlaqələrə zərbə vurulmasına gətirib-çıxara bilər. Artıq təkliflər səslənirdi ki, əmanət faizlərinə də tavan qoyulsun. Bu, sosial baxımdan nə dərəcədə doğru ola bilər? Əmanətlər əhalinin mülkiyyətidir. Bundan başqa, faizlərə məhdudiyyət bank sektorundan pulların kənarlaşmasına, kölgə bankçılığının inkişafına apara bilər", - o deyib. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report 

26.04.2019 09:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ