Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan Mərkəzi Bankı bazardan valyuta alışını bərpa edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Mərkəzi Bankı bazardan valyuta alışını bərpa edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin 1-ci rübündə Azərbaycan Mərkəzi Bankı bazardan valyuta alışına başlayıb.

 

“Marja”nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

 

“2019-cu ilin 1-ci rübü ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 150 milyon dollardan çox artıb. Bu vəsaitin böyük hissəsi valyuta ehtiyatlarının idarə edilməsindən əldə edilib. Həmçinin bazardan az bir valyuta da almışıq. Yəni sterilizasiya edilib”,- Mərkəzi Bankın sədri deyib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Elman Rüstəmov əlavə edib ki, Mərkəzi Bankın Manatın məzənnəsini süni yolla tənzimlədiyi haqda səsləndirilən fikirlər əsassızdır, iqtisadi göstəricilər bu iddiaların əksinədir.

 

Elman Rüstəmov bildirib ki, ilk rüb ərzində keçirilmiş 30 hərrac vasitəsilə təxminən 1,9 milyard dollar valyuta satılıb, bu da nəzərdə tutulmuş satış planından təxminən 100 milyon dollar azdır:

 

“Manatın məzənnəsi dayanıqlıdır və onun sabitliyinə bu gün təhdid yoxdur. Rüb ərzində 30-a yaxın valyuta hərracı keçirilib, hərraclarda tələb və təklif demək olar ki, bərabər olmuşdur. Hətta, Dövlət Neft Fondu bir qədər satış qrafikində geri qalıb. Əhəmiyyətli bir rəqəm olmasa da, valyuta bazarında təklif tələbi üstələmişdir. Neftin əlverişli qiyməti, ticarət və tədiyyə balansının müsbət saldosu Manatın məzənnəsinə ilin sonunadək nikbin baxmağa imkan verir”.

 

Sterilizasiya əməliyyatları - Artmış pul kütləsinin inflyasya potensiala malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş əməliyyatlara Mərkəzi Bankın sterilizasiya əməliyyatları deyilir. Bununla belə xarici valyuta bazarında revalvasiya təhlükəsi yaradan artıq təklifin alınması əməliyyatlarını xarakterizə etmək üçün də sterilizasiya terminindən istifadə edilir. 

26.04.2019 10:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ