Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İlk rübdə Azərbaycanın idxalı "qızıl alışı ilə" kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlk rübdə Azərbaycanın idxalı "qızıl alışı ilə" kəskin artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin I rübündə idxaldakı kəskin artım Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən iri partiya qızıl külçə alışı və Azərbaycana gətirilməsi ilə əlaqədardır.

 

Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

 

“Bu ənənəvi idxal deyil, aktivlərin mübadiləsidir. Bu amil çıxılandan sonra idxalın artımı cəmi 9,7% təşkil edir”, - E.Rüstəmov bildirib.

 

Xəbər verildiyi kimi, yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 7 mlrd. 620 mln. 126,15 min dollar (2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə artım 37,4%) təşkil edib. Hesabat dövründə ixracın həcmi  4 mlrd. 484 mln. 549,22 min dollar (artım 33,7%), idxalın həcmi  3 mlrd. 135 mln. 576,93 min dollar (artım 43,1%) təşkil edib.

 

2019-cu ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu 1 mlrd. 348 mln. 972,29 min dollar təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 15,9% çoxdur.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov “Bloomberg” agentliyinə müsahibəsində bildirib ki, 2019-cu ildə qızıl aktivlərinin həcmini 100 tona çatdırmağı planlaşdırır.

 

2018-ci ilin sonuna ARDNF-in investisiya portfelinin strukturunda qızılın payı 50 min 953,3 kq (1 mln. 638 min 186,3 troya unsiyası), dəyər 2 mlrd. 93,09 mln. dollar təşkil edib.

 

ARDNF 2012-ci ilin əvvəlindən etibarən qızıl alışına başlayıb. 2012-2013-cü illərdə fond tərəfindən 30 174,89 kq (970 145,51 unsiya) qızıl alınıb. 2014-2017-ci illərdə isə qızıl alınmayıb. 2018-ci ildə ARDNF qızıl alışını bərpa edib və il ərzində 20 min 778,41 kq qızıl alıb.

26.04.2019 12:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ