Çay ixracı ilə bağlı təkliflər alıb

Azərbaycanda çay və düyü istehsalçısı olan “Astara Çay” MMC Dubayda keçirilən Gulfood 2017 Beynəlxalq Qidə və İçki sərgisində iştirak edib.

 

Bu sərgidə “Made in Azerbaijan” vahid ölkə stendində “Astara Çay” MMC-nin istehsalı olan “Astaraçay” və “AzTea” brendinə aid çay məhsulları ilə yanaşı ölkəmiz meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, süd və süd məhsulları, fındıq və konservləşdirilmiş qida məhsulları ilə təmsil olnub.

 

Şirkətdən verilən məlumata görə, digər yerli məhsullarımız kimi çaylarımıza da sərgidə böyük maraq olub. Belə ki, “Astara Çay” MMC bir neçə ölkənin təmsilçilərindən çaylarımızın ixracatı ilə bağlı əməkdaşlıq təklifləri alıb və hazırda bu istiqamətdə danışıqlar aparılır.

 

Qeyd edək ki, 100 % təbii “Astaraçay” və “AzTea” çay və “Astara Düyüsü” markalı yerli məhsulların istehsalçısı olan "Astara Çay" MMC 2010-cu ildə təsis edilib. Çay istehsalı üçün istifadə edilən xammal yalnız Azərbaycanın subtropik bölgəsi olan Astara və Lənkəran rayonlarında yerləşən çay plantasiyalarımızdan təmin edilir. Ümumi sahəsi  210 hektar olan çəltik və 450 hektar olan çay plantasiyalarında  artıq 4-cü ildir ki, Almaniyanın LACON şirkəti tərəfindən ekoloji müşahidələr aparılır və müvafiq sertifikatlar verilir. Ən müasir avadanlıqlarla təchiz edilmiş çay emalı və qablaşdırılması fabriki 2015-ci ildən fəaliyyətə başlamışdır. Fabrik gündə 10 ton yaşıl çay emal etmək gücünə malikdir. Çayların becərilməsi və emalı zamanı heç bir kimyəvi qatqılardan istifadə edilmir. Çay fabriki  2016-cı ildə ISO 9001 və ISO 14001 sertifikatları əldə etmişdir.

9 Mart 2017 , 07:47   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin