Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bank depozit hərracının şərtlərini dəyişdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank depozit hərracının şərtlərini dəyişdi

29 aprel 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, diqqəti cəlb edən Mərkəzi Bankın təklifi (cəlb etmək istədiyi məbləği) 350 milyon manatdan 150 milyon manata endirməsidir. Qeyd edək ki, əvvəlki hərraclarda tələb təklifdən az olmuşdu. Mərkəzi Bank, tələb azaldığından məbləği aşağı salmış ola bilər. 

 

Bu gün Mərkəzi Bank faiz dəhlizinin parametrlərinə dəyişiklik etdiyindən (faizlər endirilib) hərracın da faiz şərtləri dəyişib. Faiz dərəcəsi: 6,76% - 8,74% kimi müəyyən olunub. Bundan əvvəlki hərraclarda faiz aralığı 7,01% - 8,99% müəyyən olunurdu. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Xəbər verdiymiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9%-dən 8.75%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi 10.75%, aşağı həddi isə 6.75% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdir. Qərar 26 aprel 2019-cu ildən qüvvəyə minir.

 

Qeyd edək ki, depozit hərracının faizi faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasında müəyyən edilir. Faiz dəhlizinin aşağı həddi və uçot dərəcəsi dəyişdikdə depozit hərracının da faizi dəyişir. 

26.04.2019 14:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ