Neft kəskin düşdü - ABŞ-da rekord
ABŞ-da həftəlik xam Neft ehtiyatları 8,2 milyon barel artıb.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya xam neft ehtiyatlarının ötən həftə 8,2 milyon barel (1,6 faiz) artımla 528,4 milyon barelə çataraq rekord seviyyəyə çıxıb.
"Marja" xəbər verir ki, bazar gözləntisi ehtiyatların 2 milyon barrel yüksəlməsi istiqamətində idi. Bir əvvəlki həftə isə xam neft ehtiyatları 1,5 milyon barel artım göstərmişdi.
ABŞ-da strateji neft ehtiyatları isə 0,3 milyon barel azalaraq sözügedən həftədə 694,8 milyon barrelə enib.
Bu dövrdə ABŞ-ın xam neft istehsalı bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 56 min barel artımla 9,1 milyon barelə yüksəlib.
Ölkənin xam neft idxalı da sözügedən həftə, əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 561 min barel artımla 8,15 milyon barelə çatıb.
ABŞ-ın həftəlik benzin ehtiyatları isə sözügedən həftə 6,6 milyon barrel (2,6 faiz) azalaraq 249,3 milyon barrelə enib. Bazar gözləntisi 1,4 milyon barrel azalma olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,5 milyon azalmışdı.
Həftəlik xam neft ehtiyatlarının gözləntilərin üstündə artım göstərməsi və ABŞ-da hasilatın artması ilə qlobal bazarlarda Neftin qiymətləri kəskin düşüb.
Qərbi Texas nefti (WTI) Nymex birjasında 2.86 dollar və ya 5.4 faiz düşərək bareli 50.28 dolları, Brent nefti isə Londonda ICE Futures Europe birjasında 2.89 dollar düşərək 53.03 dolları görüb. Həftənin əvvəlində Brent nefti 56 dollardan yüksək qiymətlərə satılırdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tanınmış şambunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
2 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
5 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
5 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib