Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Trampın İran sanksiyaları ABŞ-ı müharibəyə cəlb edə bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Trampın İran sanksiyaları ABŞ-ı müharibəyə cəlb edə bilər"

Amerikanın "New York Times" (NYT) qəzeti, Prezident Donald Tramp hökumətinin İrana daha çox sanksiya tətbiq etməsi vəziyyətində ABŞ-ın yeni bir müharibə ilə qarşı-qarşıya qala biləcəyini yazıb.
 

"Marja" xəbər verir ki, Qəzet, "Tramp, İrana daha çox sanksiya tətbiq etmək istəyir. Bu bizi müharibəyə sövq edə bilər" başlıqlı yazısında İrana tətbiq olunacaq sanksiyalar və mümkün təsirlərinə toxunub.
 

Reklam_3_11

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

Tramp İran neftinə sanksiya tətbiq edib Çin, Hindistan, Türkiyə, Cənubi Koreya və Yaponiya kimi böyük alıcı ölkələri bu sanksiyadan 180 gün azad etmişdi. İndi də həmin ölkələrə İrandan neft idxalını dayandırması üçün təzyiq etməyə başlayıb.
 
 
"Bu provokasiyaedici sanksiyalar İranı yenidən böyük ölçüdə uranı zənginləşdirməyə və ABŞ-ın əks cavab verməsini zəruri edən amerikalılara mümkün hucuma səbəb ola, ABŞ-ı, Prezident Trampın əngəlləməyə çalışdığını dediyi yeni bir Orta Şərq müharibəsinə cəlb edə bilər".

 

İran ABŞ Prezident seçkilərini gözləyir
 

Digər tərəfdən, İran rəhbərliyinin, sanksiyalara qarşı ilk fazada Trampın yenidən Prezident seçilməyəcəyi ümidilə gələcək 18 ay ərzində gözləməyi üstün tuta biləcəyinə diqqət çəkilən məqalədə, Trampın təkrar seçilməsi vəziyyətində İranın sərt cavab verə biləcəyini, bu halda Trampın bu hücumları görməməzliyə vurmaq və ya cavab verərək yeni bir müharibənin başlaması arasında seçim etmək məcburiyyətində qalacağını iddia edib.

29.04.2019 05:25

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ