Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

"Gənclik" ASC-nin zərəri 30 dəfə azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Gənclik" ASC-nin zərəri 30 dəfə azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Gənclik" İdman-sağlamlıq kompleksini idarə edən “Gənclik” ASC 2018-ci ili də zərər ilə başa vurub.

 

“Marja” xəbər verir ki, ASC-nin xalis zərəri, 2015-ci ildə 54 min 767 manat, 2016-cı ildə 48 min 890 manat, 2017-ci ildə 44 min 574 manat ikən, 2018-ci ildə 1483 manat təşkil edib. Qısası, 2017-ci illə müqayisədə ötən il ASC-nin xalis zərəri 30 dəfə azalıb.

 

 ASC-nin cəmi gəlirləri 2017-ci ildəki 360 min manatdan 2018-ci ildə 304 min 470 manata düşüb. Gəlirlər azalsa da, əsasən əməkhaqqı və işçilərlə bağlı digər ödənişlərin azaldılması hesabına şirkətin cəmi xərcləri daha çox azalıb.

 

Ötən il ASC xərclərini 109 min manat azaltdığında (415 min manatdan 306 min manata geriləyib) əməliyyat zərəri 55 min manatdan 1756 manata düşüb.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

“Gənclik”  idman kompleksi 1999-cu ilin iyun ayından istifadəyə verilmişdir. Kompleksə üzgüçülük hovuzu, trenajor zalı, sauna, 400 oturacaq yerli bağlı mini-futbol zalı, açıq mini-futbol meydançası, üç açıq və üç bağlı tennis kortları daxildir.  

 

"Gənclik" ASC 5 fiziki şəxsə (Babayev Kamal Ələkbər oğlu (41,81 ), Babayev Tahir Kamal oğlu (20,85%), Babayeva Rəna Kamal qızı (15,00 ) və Əsədulla Çingiz Rauf oğlu (20,85 %))  məxsusdur.

 

“Gənclik” ASC-nin 2018-ci il dekabrın 31-nə illik hesabatı

29.04.2019 05:57

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ