Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Pioneer: OPEC müqaviləni uzatmasa neft 40 dollara düşəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pioneer: OPEC müqaviləni uzatmasa neft 40 dollara düşəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın ən mühüm şist nefti istehsalçılarından biri olan "Pioneer Natural Resourses Co."-nun rəhbəri Scott Sheffield, OPEC-in bu il istehsalın azaldılması müqaviləsini uzatmaması halında, neft qiymətlərinin 40 dollara düşəcəyini deyib.


 
"Marja" xəbər verir ki, Sheffield, ABŞ-da şist nefti istehsalçılarının nəzərlərinin OPEC və OPEC-ə daxil olmayan istehsalçıların İyun ayında başa çatacaq gündəlik 1.8 milyon barellik istehsal azaldılması müqaviləsini uzadıb-uzatmayacağına çevrildiyini söyləyib.


 
 Sheffield, "Əgər OPEK uzatmasa, nefti 40 dollar səviyyəsinə düşəcək. Bunun ABŞ-ın neft sənayesinə  investisiyalar üzərində əhəmiyyətli təsirləri olacaq" şəklində bildirib.
 


Sheffield, neftin 40 dollara düşməsi vəziyyətində regiondakı neft hasilatının iqtisadi baxımdan səmərəli olmayacağını deyib. Sheffield, ancaq hər şey yolunda gedərsə, regionda hasilatın indiki səviyyəsi olan gündəlik 2.3 milyon barreldən 8-10 milyon barelə yüksələcəyini bildirib.

 

İnvestorlar nəhayət rekord səviyyələrə çıxan ABŞ-da neft ehtiyatı göstəricisini ciddiyə almağa başlayıb.


 
OPEC və kartelə daxil olmayan 11 ölkə hasilatı azaltsa da  ABŞ-da ehtiyatlar və hasilat artır. ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya xam neft ehtiyatlarının ötən həftə 8,2 milyon barel (1,6 faiz) artımla 528,4 milyon barelə çataraq rekord seviyyəyə çıxıb. Göstəricinin ardından neft qiymətləri 5% civarında düşüb.

 

Səudiyyə Ərəbistanının neft naziri Xalid Al-Falih, Çərşənbə axşamı günü Hyustonda etdiyi açıqlamada, qlobal hasilatın OPEC və tərəfdaşlarının gözlədiyindən daha yavaş azaldığını qeyd edərək, Yanvar ayında başlayan istehsal azaldılması müqaviləsinin müddətinin uzadılması üçün qapını açdı.


 
Societe General SA-nın analitiki  Mike Wittner, "Xam petorl bazarının səbri tükənib. OPEC-in istehsalın azaldılması planının bazarı sabitləşdirmədi. OPEC hasilatı gündəlik 1 milyon barreldən artıq salmışdır, ancaq bunun ABŞ bazaları üzərində təsiri görünmədi" şəklində bildirib.

09.03.2017 05:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ