Aqrar sığorta informasiya sistemindən məlumat əldə etmək ödənişsiz olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Aqrar sığorta informasiya sistemindən məlumat əldə etmək ödənişsiz olacaq

Azərbaycanda aqrar sığorta informasiya sistemindən məlumat əldə etməyə görə ödəniş tələb olunmayacaq.

 

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

 

Qanunun 27-ci (Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üzrə dövlət rüsumundan azadolmalar) maddəsinə edilən əlavəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatlarının (torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunla müəyyən olunan digər məlumatlar), ünvanının, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən digər daşınmaz əmlak (tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınan hüquqların, hüquqların yüklülüyünün (məhdudlaşdırılması), hüquq sahibləri barədə məlumatların əldə olunması dövlət rüsumundan azaddır.

 

Xatırladaq ki, dəyişiklik layihəsi Milli Məclisin mayın 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

© Report

29.04.2019 08:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ