Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan Ukraynadan kartof idxal edən ikinci ölkə oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Ukraynadan kartof idxal edən ikinci ölkə oldu

Bu ilin yanvar-mart aylarında Azərbaycan Ukraynadan ümumi dəyəri 77 min ABŞ dolları olan 300 ton kartof idxal edib.

 

Reklam_3_11

Ukrayna mətbuatının verdiyi məlumata görə, bu, ölkənin kartof ixracının 14,9%-i qədərdir. 

 

Bununla da Azərbaycan Ukraynadan kartof idxal edən ikinci ölkə olub.

 

Ümumilikdə, bu ilin ilk rübündə Ukrayna ümumi dəyəri 519 min dollar olan 1,9 min ton kartofun ixracını həyata keçirib. Bu, həcm baxımından ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azdır. Ötən ilin yanvar-mart aylarında Ukrayna ümumi dəyəri 10,3 mln dollar təşkil edən 5,9 min ton kartof ixrac edib.

 

Bu müddət ərzində Ukraynanın kartof ixrac etdiyi əsas ölkə Moldova olub. Bu ilin ilk 3 ayında bu ölkəyə ümumi dəyəri 434 min dollar olan 1,6 min ton kartof ixrac edilib. Bu da ümumi kartof ixracının 83,7%-nə bərabərdir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Bu müddət ərzində Gürcüstana ümumi dəyəri 2 min dollar olan 0,07 min ton kartof göndərilib ki, bu da ümumi ixracın 0,4%-nə bərabərdir.

 

Hesabata əsasən, bu ilin yanvar-mart ayları ərzində isə Ukraynaya ümumi dəyəri 1,7 mln. dollar olan 4,3 min həcmdə kartof idxal edilib. İdxalın böyük hissəsi Hollandiyadan həyata keçirilib. Bu ilin ilk rübündə bu ölkədən ümumi dəyəri 572 min dollar olan 1,4 min ton həcmində kartof idxal edilib ki, bu da ümumi idxalın 32,3%-ni təşkil edib. Sonrakı yerləri Belarus (341 min dollar dəyərində 0,8 min ton), Misir (192 min dollar dəyərində 0,5 min ton həcmində) tutublar. 

 

AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ 

 

© Report

29.04.2019 09:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ