Ən yuxarı statik reklam-3_3

Hesab.az-dan çoxdan gözlənilən yenilik!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hesab.az-dan çoxdan gözlənilən yenilik!

Hesab.az Azərbaycanda ən böyük onlayn ödəmə portalı olaraq öz sahəsi üzrə daha bir ilkə imza atır. Müasir dövrün texnoloji yeniliklərini öz xidmətlərinə tətbiq etməklə istifadəçilərinə daha keyfiyyətli xidmət göstərməyi hədəfləyir. Onlayn ödəmə portalı olaraq ilk dəfə QR kod ilə ödəmələri həyata keçirməyə imkan verəcək.

 

İlkin olaraq istifadəçilər QR kod ilə parkinq ödənişlərini növbədə gözləmədən, vaxt itirmədən  bir neçə saniyədə həyata keçirə biləcəklər. Hazırda bir xidmət ilə QR kod ödəmə funksiyasını istifadəçilərinə təqdim edən Hesab.az daha sonra digər xidmətlərin də ödənişlərini rahat şəkildə QR kod vasitəsiylə ödəməyə imkan yaradacaq.

 

Belə ki, Hesab.az mobil tətbiqində  Ana səhifədə “Parkinq ödənişləri” bölməsinə daxil olaraq QR şifrəni, smartfonun kamerası ilə skan edərək istənilən bank kartı vasitəsilə anında parkinq ödənişlərini edə biləcəklər. Bank kartını yaddaşda saxlayaraq prosesi daha da asanlaşdıra bilərlər. Hesab.az vasitəsilə parkinq ödənişlərini  Gənclik Mall, 28 Mall, Port Baku Mall, Garage- da həyata keçirə bilərlər. Komissiyasız ödəniş edərkən eyni zamanda bonuslar da qazanacaqlar. Yeni kampaniya və funksional yeniliklər ilə Hesab.az istifadəçi sayını və mövcud bazarda tutduğu mövqeyini daha da genişləndirməyi şirkət strategiyası olaraq müəyyən edib.

 

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

 

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

29.04.2019 11:40

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ