Ən yuxarı statik reklam_3

Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Sərəncama əsasən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

 

Sərəncam ilə Qida Təhlükəsizliyi Agentliyinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək; həmin Dövlət Proqramında qeyd olunan tədbirlərin, beynəlxalq təcrübə nəzərə alınmaqla, əsas icra indikatorlarını üç ay müddətində müəyyən etmək; Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. 

 

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görməlidir. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

29.04.2019 14:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ