Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

SOCAR ilə BP-nin yeni neft-kimya müəssisəsinin neçəyə başa gələcəyi açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR ilə BP-nin yeni neft-kimya müəssisəsinin neçəyə başa gələcəyi açıqlanıb

SOCAR ilə BP-nin birgə Türkiyədə inşa etməyi planlaşdırdığı yeni neft-kimya müəssisəsinin təməli bu ilin sonu və ya 2020-ci ildə qoyulacaq.

 

"Anadolu" agentliyi xəbər verir ki, bu barədə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, “SOCAR Turkey”in direktorlar şurasının sədri Vaqif Əliyev deyib.

 

O qeyd edib ki, təqribən 1,8 milyard dollar investisiya dəyəri olan bu layihə Türkiyədəki digər layihələrimiz kimi önəmlidir. Müəssisə istismara verildiyi zaman Türkiyənin illik təxminən 1 milyon tonluq təmizlənmiş tereftal turşusu (PTA) idxalı sıfıra enəcək. Paraksilol (PX) məhsulları üzrə idxal edilən 800 min tonluq məhsul isə Türkiyədə istehsal ediləcək. Yeni zavodun 2023-cü ildə istifadəyə verilməsi gözlənilir.

 

Xatırladaq ki, ötən il dekabrın 20-də BP və “SOCAR Turkey” (STEAŞ) Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıblar.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

© Azərtac

29.04.2019 14:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ