Qida təhlükəsizliyində 10 yeni hədəf

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət proqramı təsdiq edilib.

 

“Marja” xəbər verir ki,  Dövlət Proqramının son icra ili olan 2025-ci ildə aşağıdakı nəticələrin əldə edilməsi gözlənilir:

 

-qida təhlükəsizliyinə dair norma və qaydaların mövcud beynəlxalq tələblərə uyğunlaşdırılması;

 

- laboratoriya analizlərinin nəticələri ilə bağlı dəqiqlik göstəricisinin 95%-ə çatdırılması;

 

- qida mənşəli zəhərlənmə hallarının sayının azaldılması;


-qida və kənd təsərrüfatı məhsullarının (inkişaf etmiş ölkələrin bazarları da daxil olmaqla) ixracının artırılması;


- ixrac olunan qida və kənd təsərrüfatı məhsullarından idxalçı ölkələrin imtina etməsi hallarının minimuma endirilməsi;


-insanlar arasında zoonoz xəstəliklərə yoluxma hallarının sayının azaldılması;


- bitki mühafizəsi vasitələrindən yanlış istifadə ilə bağlı yaranan zəhərlənmə hallarının azaldılması;


-qida təhlükəsizliyi ilə bağlı aparılan fundamental və tətbiqi tədqiqatların sayının iki dəfə artırılması;


-qida və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən sahibkarların nəzarət və tənzimləmə fəaliyyətindən məmnunluq dərəcəsinin yüksəldilməsi;


-qida təhlükəsizliyi üzrə qabaqcıl idarəetmə sistemlərinin tətbiqinin iri müəssisələrdə 90 faiz, orta müəssisələrdə 50 faiz səviyyəsinə çatdırılması.

 

Dövlət Proqramı ilə ətarflı buradan tanış ola bilərsiniz.

 

 

29 Aprel 2019 , 18:02   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin