Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dövlət güzəşti ilə satılan kənd təsərrüfatı texnikalarının sayı artırıldı - SİYAHI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət güzəşti ilə satılan kənd təsərrüfatı texnikalarının sayı artırıldı - SİYAHI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kənd Təsərrüfatı Nazirliyi güzəşt tətbiq edilən kənd təsərrüfatı texnikalarının siyahısını genişləndirib. Yenilənmiş siyahıda 11 təyinat istiqaməti üzrə 60-dan artıq texnika və avadanlıq növü yer alıb.

 

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev siyahıdakı yenilikləri "Marja"ya belə şərh edib:

 

“Əgər fermer və sahibkarlar əvvəllər yalnız "Aqrolizinq" xətti ilə 40-a yaxın adda texnika və avadanlığı dövlət güzəşti ilə əldə edə bilirdisə, indi istədikləri təchizatçıdan kənd təsərrüfatı təyinatlı istənilən texnikanı güzəştlə alacaqlar. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə hazırlanmış və dövlət başçısının təsdiqlədiyi siyahı kənd təsərrüfatı texnikası satışının liberallaşdırılması istiqamətində atılmış növbəti əhəmiyyətli addımdır. Genişlənmiş siyahı fermer və sahibkarlara ölçüsündən və qiymətindən asılı olmayaraq istədikləri texnika və avadanlığa dəyərinin 40%-i dövlət tərəfindən ödənilməklə sahib olmaq imkanı verir”.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

Agentlik sədri xatırladıb ki, dövlət başçısının 19 dekabr 2018-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş qaydalara görə, kənd təsərrüfat texnikasını kreditlə götürmək istəyənlərin əvəzinə dəyərin 40%-i təchizatçıya dövlət tərəfindən ödənir, qalan məbləğin 20%-ni alıcı ilkin ödəniş edir. Texnikanın qiymətinin yerdə qalan 40%-i məbləğində alıcıya güzəştli kredit xətti açılır, lakin kreditin faizləri dövlət tərəfindən banka köçürür, texnika sahibi isə yalnız əsas məbləği 5 ilədək müddətdə hissə-hissə ödəyir.

 

Kənd təsərrüfatı texnikası alışına tətbiq edilən dövlət güzəştləri barədə ətraflı məlumat akia.gov.az saytında yerləşdirilib.

30.04.2019 06:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ