Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İpoteka və Kredit Zəmanət Fondu ötən il xalis mənfəətini 29% artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İpoteka və Kredit Zəmanət Fondu ötən il xalis mənfəətini 29% artırıb

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) cəmi aktivləri bu il yanvarın 1-nə 1 milyard 271 milyon 749 min manat təşkil edib.

 

Reklam_3_11

Fondun maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 32,7% çoxdur.

 

İKZF-nin aktivlərinin 886 milyon 489 min manatını ipoteka kreditləri təşkil edib. 2018-ci ildə Fondun kredit portfeli 29,7% böyüyüb.

 

Hesabat dövründə İKZF-nin cəmi öhdəlikləri 35,5% artaraq 738 milyon 65 min manata, o cümlədən buraxdığı qiymətli kağızların dəyəri 28,6% artaraq, 692 milyon 598 min manata, Fondun cəmi kapitalı isə 29% artaraq 533 milyon 99 min manata, o cümlədən nizamnamə kapitalı 27,3% artaraq 466 milyon manata çatıb.

 

Ötən il İKZF-nin faiz gəlirləri 47 milyon 989 milyon manat (əvvəlki ilə nisbətən 32,4% çox), faiz xərcləri 17 milyon 414 min manat (36,6% çox), dəyərsizləşmə üzrə zərəri 762 min manat (8,7% çox), haqq və komissiya gəlirləri 634 min manat (əvvəlki il olmayıb), haqq və komissiya xərcləri 804 min manat (24,1% çox), digər gəlirləri 824 min manat (5,2% çox), insan resursları üzrə xərcləri 3 milyon 566 min manat (56,95% çox), inzibati və digər xərcləri 2, milyon 352 min manat (27% çox), mənfəət vergisi ödəmələri isə 5 milyon 95 min manat (36,7% çox) təşkil edib.

 

Son nəticədə Fond 2018-ci ili 19 milyon 456 min manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 29,2% çoxdur.

 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

30.04.2019 07:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ