Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Gürcüstan əhalisinin sayı azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstan əhalisinin sayı azalıb

 

Bu ilin yanvarın 1-nə olan məlumata əsasən, Gürcüstan əhalisinin sayı 3 mln. 723,5 min nəfər təşkil edib.

Reklam_3_11

 

Bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

 

İllik müqayisədə qonşu ölkə əhalisinin sayı 0,2% azalıb. Əhalinin 58,7%-i şəhərlərdə məskunlaşıb.

 

Gürcüstan əhalisinin təqribən üçdə bir hissəsi paytaxt Tbilisidə yaşayır. Azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində isə əhalinin sayı 433,2 min nəfər təşkil edir ki, onların da 188,4 mini şəhər, 244,7 min nəfəri isə kəndlərdə yaşayır.

 

Yaş tərkibinə gəlincə 0-14 yaşlı şəxslər ümumi əhalinin 20,3%, 15-64 yaşlı şəxslər 64,9%, 65 və ondan yuxarı yaşlı şəxslər isə 14,8%-ni təşkil edib.

 

Gürcüstan əhalisinin 48%-ni kişilər, 52%-ni isə qadınlar təşkil edir. İllik müqayisədə kişilərin sayı dəyişməz qalaraq 1 mln. 790,9 min nəfər, qadınların sayı isə 0,3% azalaraq 1 mln. 932,6 min nəfər olub.

 

2018-ci ildə qonşu ölkədə doğulanda gözlənilən ömür uzunluğu 74 yaş təşkil edib. Bu göstərici kişilər üçün 69,7, qadınlar üçün isə 78,2 yaş olub.

 

Əhalinin orta yaşı isə 37 yaşa bərabərdir.   

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

30.04.2019 09:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ