Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dolu düşəcək - SABAHIN HAVA PROQNOZU

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dolu düşəcək - SABAHIN HAVA PROQNOZU

May ayının ilk günü üçün Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-24, Bakıda gecə 13-15, gündüz 21-23 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 45-50 faiz olacaq.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Azərbaycanın rayonlarında mayın 1-də hava əsasən yağmursuz keçəcək.

 

Lakin axşam bəzi dağlıq rayonlarda lokal qısamüddətli yağış yağacağı gözlənilir.

 

Şimşək çaxacağı, dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.

 

Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 12-17, gündüz 24-29, dağlarda gecə 2-7, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

30.04.2019 10:39

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ