Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Azərxalça" zərərin içində "üzür"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərxalça" zərərin içində "üzür"

Şirkət 2018-ci ili 4 milyon 155 minn manat zərərlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 7,3 dəfə çoxdur


 

Reklam_3_11

“Azərxalça” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 78 milyon 344 min manat təşkil edib.

 

Qurumun maliyyə hesabatına istinadən xəbər verilir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 75,8% çoxdur.

 

2018-ci ildə “Azərxalça”nın uzunmüddətli aktivləri 3,2 dəfə artaraq 50 milyon 657 minn manata çatıb, cari aktivləri isə 4,2% azalaraq 27 milyon 687 min manata düşüb.

 

İl ərzində səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 86,7% artaraq 199 min manat, cəmi kapitalı isə 75,8% artaraq 78 milyon 144 min manat olub.

 

Ötən il “Azərxalça”nın satışdan gəliri 424 min manat (əvvəlki ilə nisbətən 6,8 dəfə çox), satışının maya dəyəri 540 min manat (5 dəfə çox), satış və paylanma xərcləri 90 min manat (40,6% çox), inzibati və əməliyyat xərcləri 1 milyon 344 min manat (49% çox), amortizasiya və köhnəlmə xərcləri 2 milyon 570 min manat (30,4 dəfə çox), faiz gəliri 108 min manat (76,1% az), mənfəət vergisi ödəmələri isə 144 min manat (əvvəlki il qənaət edib) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 4 milyon 155 minn manat zərərlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 7,3 dəfə çoxdur. Beləliklə, "Azərxalça"nın yığılmış zərəri 4 milyon 835 min manata çatıb.

 

Xatırladaq ki, “Azərxalça” ölkə prezidentinin sərəncamı ilə 5 may 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır.

 

2018-ci ildə “Azərxalça”nın işçilərinin sayı 691 nəfər və yaxud 87,8% artaraq 1 478-ə çatıb. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

30.04.2019 12:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ