Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Palata “Atəşgah”a "yaşıl işıq" yandırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata “Atəşgah”a "yaşıl işıq" yandırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “Atəşgah” Sığorta Şirkəti yenidən icbari avtomobil sığortasının satışı ilə məşğul ola biləcək.


 

Reklam_3_11

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin 29 aprel 2019-cu il tarixli qərarı ilə  “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası növü üzrə məhdudiyyət aradan qaldırılmışdır.

 

Bu barədə "Marja"ya “Atəşgah” Sığorta Şirkətindən bildirilib. 

 

İcbari Sığorta Bürosunun sisteminə məlumatların daxil edilməsi zamanı müəyyən pozuntulara yol verdiyi üçün Palata tərəfindən “Atəşgah” Sığorta Şirkətinə avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası növü üzrə məhdudiyyət tətbiq edilmişdi.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Palatanın 13 APrel 2019-cu il tarixində yaydığı məlumatda bildirilirdi:

 

"“AtaSığorta” və “Atəşgah” sığorta şirkətləri tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən, Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən, Palatanın İdarə Heyətinin 12 aprel 2019-cu il tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə “AtaSığorta” ASC və “Atəşgah” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb".

30.04.2019 16:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ