Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

"BMS Global" və "Baker Tilly Azərbaycan" əməkdaşlığa başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"BMS Global" və "Baker Tilly Azərbaycan" əməkdaşlığa başladı

İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərən məşhur “SAP SE” şirkətinin Azərbaycan üzrə qızıl tərəfdaşı olan "BMS Global" şirkəti və audit - konsaltinq sahəsində fəaliyyət göstərən "Baker Tilly Azərbaycan" şirkəti yaxın günlərdə əməkdaşlıq müqaviləsi imzalayıblar.

 

Reklam_3_11

Razılaşmaya əsasən, Azərbaycanda fəaliyyət göstərən şirkətlərə maliyyə, mühasibatlıq, təchizat zənciri, HR və idarəetmə sistemlərinin avtomatlaşdırılması üzrə SAP məhsullarının birgə tətbiqinə dair konsaltinq xidmətlərinin göstərilməsi nəzərdə tutulur.  Proqram təminatının tətbiqi maliyyə, mühasibatlıq, təchizat zənciri, HR və idarəetmə sistemlərində səmərəliliyi, şəffaflığı artırır, xərclərə qənaəti təmin edir.

 

“Baker Tilly”, peşəkar xidmətlər təklif edən müstəqil şirkətlərin birləşdiyi beynəlxalq auditor-konsaltinq şirkətidir. Qlobal səviyyədə "Baker Tilly" şirkəti 147 ölkədə 33,600 əməkdaşı olan illik dövriyyəsi 3.4 milyard ABŞ dolları olan bir şəbəkədir. Məcmu gəlirə əsasən, dünyada 8-ci böyük mühasibat uçotu və biznes məsləhət xidmətləri göstərən şəbəkə şirkətidir. "Baker Tilly" şirkəti Azərbaycanda 10 ildən çox fəaliyyət göstərir və 100-ə yaxın əməkdaşı var. Audit, vergi, biznes və maliyyə sahəsində məsləhət xidmətləri göstərir.

 

BMS Global” şirkəti əsasən texnologiyalar üzrə profesional məsləhət xidmətlərinin təminatçısı kimi ixtisaslaşıb və 40-a yaxın əməkdaşı var. Azərbaycanın özəl və dövlət sektorunda mürəkkəb biznes proseslərinin avtomatlaşdırılması üzrə onlarla uğurlu lahiyəyə imza atan və "SAP" şirkətinin qızıl tərəfdaşı statusunu daşıyan "BMS Global" şirkəti, 14 illik təcrübəsi ilə Azərbaycanın ən iri SAP konsaltinq şirkətidir. Qeyd edək ki, SAP öz məhsulları ilə 47 ildir dünyanın 180-dən çox  ölkəsində 413,000 şirkətə müvəffəqiyyətlə xidmət edir.

 

Ətraflı: www.bmsgl.com

[email protected]

+99412 480 10 27

01.05.2019 08:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ