Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“AtaSığorta”ya tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AtaSığorta”ya tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “AtaSığorta” şirkəti icbari avtomobil sığortasının satışını bərpa edib


 

Reklam_3_11

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə, “AtaSığorta”  Açıq Səhmdar Cəmiyyətinə "Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb.

 

Bu barədə "Marja"ya “AtaSığorta” şirkətinin İdarə Heyətinin sədrinin birinci müavini Orxan Məmmədov bildirib.

 

Artıq şirkət avtomobillərin icbari sığortası üzrə fəaliyyətini tam gücü ilə həyata keçirir.

 

Verilən məlumata görə, İcbari Sığorta Bürosunun sisteminə məlumatların daxil edilməsi zamanı müəyyən pozuntulara yol verdiyi üçün Palata tərəfindən “AtaSığorta”  Şirkətinə avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası növü üzrə məhdudiyyət tətbiq edilmişdi.

 
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

Palatanın 13 Aprel 2019-cu il tarixində yaydığı məlumatda bildirilirdi:

 

"“AtaSığorta” və “Atəşgah” sığorta şirkətləri tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən, Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən, Palatanın İdarə Heyətinin 12 aprel 2019-cu il tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə “AtaSığorta” ASC və “Atəşgah” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb".

01.05.2019 08:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ