Ən yuxarı statik reklam_3

MİDA-nın xalis mənfəəti 49% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
MİDA-nın xalis mənfəəti 49% artıb

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki MİDA MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 214 milyon 676 min manat təşkil edib.

 

Reklam_3_11

Şirkətin maliyyə hesabatına istinadən xəbər verilir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 91,6% çoxdur.

 

2018-ci ildə MİDA-nın cəmi öhdəlikləri 13,5 dəfə artaraq 432 min manata, cəmi kapitalı isə 91,3% artaraq 214 milyon 244 min manata çatıb.

 

Ötən il MİDA-nın ehtiyatlarının satışından gəlirləri 13 milyon 829 min manat (əvvəlki il olmayıb), ehtiyatlarının maya dəyəri 12,9  milyon manat (əvvəlki il olmayıb), əməliyyat gəlirləri 117 min manat (3,2 dəfə çox), maliyyə gəlirləri 5 milyon 946 min manat (11,8% çox), ümumi və inzibati xərcləri  4 milyon 190 min manat (15,9% çox), mənfəət vergisi ödəmələri isə 574 min manat (2,3 dəfə çox) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 2 milyon 229min manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 49,3% çoxdur. 

 

Xatırladaq ki, MİDA MMC 11 aprel 2016-cı ildə yaradılıb, 17 may 2016-cı ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

01.05.2019 11:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ